Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Amerikanın diplomatik nümayəndəsi Elektron Kitabxanada

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin müavini Derek C.Hoqan səfirliyin nümayəndə heyəti ilə birgə Naxçıvan Muxtar Respublikasına rəsmi səfər etmiş, səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanasında olmuşdur. Kitabxana ilə tanışlıq, burada yaradılan şərait xüsusi marağa səbəb olmuşdur. Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov məlumat vermişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı sayəsində bu il kitabxananın binası təmir olunmuş, oxuculara daha yüksək səviyyədə xidmət göstərə biləcək, yeni texnologiyalarla təchiz olunmuş kitabxana yaradılmışdır. Cənab Derek C.Hoqan kitabxananın müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılmış Elektron oxu zalında və digər şöbələrində olmuş, kitabxananın elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş vermək üçün nəzərdə tutulmuş Elektron informasiya köşkü ilə, elektron kataloq sisteminin, kitabların tammətnli elektron versiyasının hazırlanması prosesi ilə maraqlanmış, İnternet mərkəzində universitetin müəllim və tələbələrinin internetdən istifadəsi üçün yaradılan şəraitlə tanış olmuşdur.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)