Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Ustad Şəhriyara həsr olunmuş sərgi

NDU-nun Elmi Kitabxanasında böyük Azərbaycan-İran şairi Seyid Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş “Məhəmmədhüseyn Şəhriyarın sənət dünyası” mövzusunda sərgi təşkil olunmuşdur. Şeiri həyatın ən böyük möcüzəsi adlandıran Şərq dünyasının Hafizi- Şəhriyar öz möhtəşəm poeziyası ilə sərhədsiz söz dünyamızın mənəvi bütövlüyünün daha möhkəm, daha əzəmətli olmasına əvəzsiz xidmətlər göstərmiş, Yaxın Şərq ədəbiyyatını təravətli obraz və ifadə vasitəsi ilə zənginləşdirmiş, dünya poeziyasına “Heydərbabaya salam” kimi yüksək dərəcədə xəlqi və sənətkarlıq baxımından nadir əsərlər bəxş etmişdir. Sərgidə Məhəmmədhüseyn Şəhriyarın “Seçilmiş əsərləri”, “Heydərbabaya salam”, H.Billurinin “M.H.Şəhriyar”, Cənubi Azərbaycan antologiyası III cild, ədibin fars dilində olan kitabları və s. nümayiş etdirilmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)