9 iyul 2013-cü il tarixdə Muxtar Respublikada ən böyük kitabxana olan Naxçıvan Dövlət Universiteti Elektron Kitabxanasının açılış mərasimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbov və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev açılışı bildirən lenti kəsmiş, kitabxananın geniş oxucu kütləsi üçün www.e-kitab.ndu.nmr.az ünvanında yaradılmış internet səhifəsinə baxış olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı sayəsində bu il kitabxananın binası təmir olunmuş, oxuculara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün kitabxananın maddi-texniki bazası möhkəmləndirilmiş, yeni texnologiyalarla təchiz olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və qonaqlar kitabxananın yeni yaradılmış elektron oxu zalında, "Kitabişləmə" şöbəsində, internet mərkəzində, dövri mətbuat fondunda olmuş, sədr elektron kitabxanada işin daha da təkmilləşdirilməsiylə bağlı tapşırıqlar vermişdir.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.