NDU-nun Elmi Kitabxanasında 15 iyun Milli Qurtuluş Günü ilə bağlı sərgi təşkil edilmişdir. Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyətin elmi - nəzəri irsi, eyni zamanda müstəqil Azərbaycan dövlətinin yaranması, qorunması, çiçəklənməsi və inkişaf etdirilməsi üçün elmi əsas rolunu oynaya bilər. Bu sərgidə Heydər Əliyevin qayıdışı və fəaliyyətini əks etdirən M.Əlizadə "Milli müdrikliyin Heydər Əliyev zirvəsi, H.Orucov "Heydər Əliyev və Azərbaycanda milli siyasət", M.Məmmədov "Siyasətdə Naxçıvan dərsləri", R.Mehdiyev "Müstəqilliyimiz əbədidir", A.Səmədov "Azərbaycanın qurtuluş tarixi", B.Budaqov "Heydər Əliyev fenomeni" və b. nümayiş etdirilib. Sərgidə 100-ə yaxın kitab öz əksini tapıb.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.