Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi

NDU-nun Elektron Kitabxanasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova Azərbaycan mədəniyyətinin inkişafına, mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərin Azərbaycan kitabxanalarının inkişafı üçün əvəzolunmaz xidmətlərindən danışdı. "Milli mənəvi sərvətimizin qorunmasında Heydər Əliyevin rolu" mövzusunda NDU-nun tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elimləri doktoru Məmməd Rzayev, baş biblioqraf Gülnar Əliyeva və b. çıxış etmişdilər. Tədbirdə "Heydər Əliyevin ömür yolu" adlı slayd göstərilmiş və tədbir iştirakçıları "Dünya tarixinin azərbaycanlı dahisi" adlı sərgi ilə tanış olmuşdular.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)