Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”

NDU-nun Elmi Kitabxanasında “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”nə həsr olunmuş tədbir keçrilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova açaraq müasir dövrdə informasiya vasitələrinin günbəgün çoxalmasına baxmayaraq kitabın, mütaliyyənin, gənclərin hərtərəfli intellektual potensiala, yüksək mənəviyyata malik, vətənpərvər ruhda, kamil şəxsiyyət kimi formalaşmasında əvəzsiz rolundan danışdı. Universitetin “Qeyrət”nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, şair-publisist V.Məmmədov, “Kitabxanaçılıq və informasiya” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent N.İsmayılova, "Kataloqlaşdırma" şöbəsinin müdiri N.Allahverdiyeva və b. Azərbaycanda, o cümlədən Muxtar Respublikada nəşriyyat-poliqrafiya, kitabxana işinin müasir inkişaf səviyyəsindən, müəlliflik hüququnun pozulmasına qarşı nəzərdə tutulan qanunvericilik aktlarından bəhs etmişlər. Tədbir iştirakçıları "Universitet əməkdaşlarının yeni əsərləri"ndən ibarət sərgi ilə də tanış olmuşdular.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)