Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Naxçıvan- yurdum mənim” adlı sərgi

NDU-nun Elmi Kitabxanasında “Naxçıvan - yurdum mənim” adlı sərgi təşkil olunmuşdur. Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri kimi şöhrət qazanan bu torpaq neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyətlər yetirmişdir. Sərgidə Naxçıvanın tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini özündə əks etdirən müxtəlif dillərdə kitablar nümayiş etdirilmişdir. "Naxçıvan ensiklopediyası" iki cilddə, "Nuh Peyğəmbər, Dünya Tufanı və Naxçıvan", "Naxçıvan Muxtar Respublikasının yaranması: Tarix və müasirlik", Y.Mahmudov, K.Şükürov "Naxçıvan: tarixi və abidələri", S.Babayev "Naxçıvan Muxtar Respublikasının coğrafiyası", V.Baxşəliyev "Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti", F.Səfərli "Naxçıvanda sosial - siyasi və ideoloji mərkəzlər", A.Məmmədov "Naxçıvan MSSR-də səhiyyənin tarixi və mərhələli inkişafı (1826-1966)" və s. Sərgi daimidir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)