Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Mətanət Quliyevanın “Azərbaycan dilində sintaktik transformasiya” kitabı

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin "Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mətanət Quliyevanın “Azərbaycan dilində sintaktik transformasiya” kitabının təqdimat mərasimi keçirildi. Universitetin rektoru, akademik İsa Həbibbəyli kitabxanada keçirilən belə təqdimat mərasimlərinin Naxçıvan elmi-ədəbi mühitinin son nailiyyətlərinin, yeni çap məhsullarının təbliği, elmi nəşrlərin gələcək tədqiqatlarda istinad mənbəyi kimi istifadə məqsədilə elmi ictimaiyyətə çatdırılmasındakı əhəmiyyətindən danışdı. “Azərbaycan dilində sintaktik transformasiya” kitabı dilçiliyin aktual problemlərinə həsr olunan, azərbaycanşünaslıq baxımından sanballı tədqiqat əsəri kimi dəyərləndirildi. Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sevindik Vəliyev müəllifin həyat yolu, elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verdi. Kitabxananın direktoru, filiologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova bu kitabın oxucular üçün dəyərli bir mənbə olduğunu vurğuladı və oxucuları kitabxanaya cəlb etmək üçün belə tədbirlərin vacibliyindən danışdı. " Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi" kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Elbəyi Maqsudov, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Quliyeva çıxış edərək sintaktik transformasiyadan bəhs edən yeni nəşrin Azərbaycan dilinin tədrisində, sevdirilməsindəki rolundan bəhs etdilər. İbtidai sinif müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Günay Heydərova, universitetin Tələbə İdman Şurasınınn sədri Nicat Allahverdiyev müəllimlərini tələbələr adından təbrik etdilər. Sonda filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva universitet rəhbərliyinə, kitabxana kollektivinə tədbirin təşkili üçün minnətdarlığını bildirdi. Təqdimat mərasimində müəllifin elmi-pedaqoji fəaliyyətini əks etdirən slayd və sərgi nümayiş olundu.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)