Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Azərbaycan ədəbiyyatşünaslığının Naxçıvan məktəbi” adlı sərgi

Məlumdur ki, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Naxçıvanda böyük sənətkarlar doğulub. Bu diyarın ədəbi mühiti də tarixən güclü olub.Təkcə ötən yüzilliyə nəzər salsaq görərik ki, Qədim Naxçıvan diyarı tarixə neçə böyük mütəfəkirlər, dahi şəxsiyyətlər bəxş etmişdir. Sonrakı ədəbi mühit də bu ədəbi ənənəni davam etdirərək, öz ədəbi yaradıcılıqları ilə müasir ədəbiyyatımızın inkişafında mühüm rol oynamışlar. Buna görə də Naxçıvanda doğulub Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfələr verən böyük sənətkarları gələcək nəsillərə tanıtmaq məqsədilə NDU Elmi Kitabxanasında "Azərbaycan ədəbiyyatşünaslığının Naxçıvan məktəbi" adlı sərgi təşkil edilmişdir. Sərgidə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rolu olan alimlərin - Yavuz Axundlunun, İsa Həbibbəylinin, Hüseyn Həşimlinin, Sevindik Vəliyevin, Əsgər Qədimovun, Məhərrəm Cəfərlinin, Asim Yadigarın, Vaqif Məmmədovun, Xanəli Kərimlinin, İman Cəfərlinin, Rafiq Babayevin və başqalarının əsərləri nümayiş etdirilir. Sərgi daimidir və yeni ədəbiyyatlarla zənginləşdirilir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)