Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Şükür Məmmədovun “Dövlət və hüquqi təlimlər” kitabı

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında "Hüquq fənləri" kafedrasının müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədovun “Dövlət və hüquqi təlimlər” kitabının təqdimetmə mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli elm adamları üçün yaradılan şəraitdən, bu kitabın ölkəmizdə fəaliyyət göstərən universitetlərinin hüquq elminə verəcəyi töhfələrdən danışdı. Ali məktəb tələbələri və magistrləri üçün nəzərdə tutulmuş bu dərs vəsaitində qədim və orta çağlarda dünyanın müxtəlif regionlarında yaranan dövlət və hüquqi təlimlərin tarixi nəzərdən keçirilir, onların başlıca cəhətləri, meydana gəlmə xüsusiyyətləri, müasir dövrlə səsləşən məqamları təhlil edilir. Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova yeni kitabın elmi dəyərini yüksək qiymətləndirərək müəllifə bundan sonrakı fəaliyyətində uğurlar arzuladı. "Hüquq fənləri" kafedrasının müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli, hüquq fənləri kafedrasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Behbudov, kitabxananın əməkdaşı Nuridə Bayramova, hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi Rahim Qənbərli və Təbriz Eyvazlı çıxış etdilər. Çıxış edənlər kitab haqqında ətraflı məlumat vermiş, nəşrin əsas məziyyətlərindən danışmışlar. Sonda müəllif tədbirin təşkili üçün universitet və kitabxana rəhbərliyinə minnətdarlıq etmiş və kitabın nəşr olunmasında əməyi keçənlərə təşəkkürünü bildirmişdir. Tədbirdə müəllifin əsərlərindən ibarət sərgi və slayd göstərilmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)