Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Poetik - praktik Azərbaycan dili" kitabı işiq üzü gördü

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri, pedaqoji elmlər doktoru Elbəyi Maqsudovun "Poetik-praktik Azərbaycan dili" kitabının təqdimetmə mərasimi keçirildi. Azərbaycan dilinin qrammatikasının bütün bölmələrini özündə cəmləşdirən dərslik 15 bölmədən ibarətdir. Ayrı-ayrı dil bölmələrinin sonunda təqdim olunan sual və tapşırıqlar oxucunu düşündürməyə, dillə bağlı təfəkkürünü inkişaf etdirməyə, biliyini möhkəmləndirməyə yönəlib. Dərsliyin elmi yeniliyi ondan ibarətdir ki, bu Azərbaycan dilinin tədrisi ilə bağlı poetik şəkildə yazılmış ilk dərslikdir. Tədbiri giriş sözü ilə Naxçıva Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli açmışdır. Sonra "Fənlərin tədrisi metodikası" kafedrasının dosenti, filologiya elmləri doktoru Akif İmanlının, həmin kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Mətanət Quliyevanın, NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovanın, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlinin, "İbtidai sinif müəllimliyi" ixtisası üzrə II kurs tələbəsi Günay Heydərovanın təbrik və fikirləri dinlənildi. Tədbirdə müəllifin elmi-pedaqoji fəaliyyətini əks etdirən slayd göstərildi, sonda isə tələbələr müəllifin şeirlərini bədii qiraət etdilər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)