Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları ili

2013-cü il Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları ilidir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "2013-cü ili Azərbaycan Respublikasında İnformasiya Kommunikasiya Texnologiyaları ili elan edilməsi haqqında" (17 yanvar 2013-cü il) sərancamına əsasən NDU-nun Elmi Kitabxanasında sərgi təşkil olunmuşdur. Son zamanlar ölkəmizdə dövlət orqanları, biznes qurumları və vətəndaşların qarşılıqlı fəaliyyətində İKT-nin imkanlarından geniş şəkildə istifadə olunur. İKT neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur. Bu baxımdan ölkəmizdə İKT inkişafı yeni mərhələyə qədəm qoyub. Sərgidə bununla bağlı Əli Abbasov və Mətləb Əlizadə və b. “İnformatika və kompyuterləşmənin əsasları”, C.Zeynalov “İnformatika”, Osman Gündüz “İnternet”, “Azərbaycan internet resursları”, Z.M. Əmirov ”Microsoft Office Word 2003”, S.Q.Kərimov, S.B.Həbibullayev və b. “İnformatika”, İ.Ə.Məmmədov, E.B.Gözəlov və b. “Naqilsiz rabitə texnologiyaları” “Azərbaycanda informatikanın təşəkkülü” və s. 70-dən artıq kitab nümayiş etdirilib. Sərgi ilin sonuna qədər davam etdiriləcək.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)