Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Cavanşir Zeynalovun “İnformatika” kitabı

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında texnika üzrə fəlsəfə doktoru Cavanşir Zeynalovun “İnformatika” kitabının təqdimetmə mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə NDU-nun rektoru, akademik İsa Həbibbəyli açmışdır. Sonra kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova çıxış edərək bildirmişdir ki, bu kitab həqiqətən də oxucular üçün çox dəyərli bir dərs vəsaitidir. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mübariz Nuriyev, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elşən Məmmədov, kitabxananın baş biblioqrafı Gülnar Əliyeva kitab haqqında ətraflı məlumat vermişdirlər. Tədbirdə müəllifin elmi-pedaqoji fəaliyyətlərini əks etdirən kitab sərgisi və slayd nümayiş olundu. Tədbirdə 120 nəfər tələbə və müəllim iştirak etmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)