Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Yeni kitablar sərgisi

Kitabxanada keçirilən kütləvi tədbirlər, o cümlədən sərgilər, elm xadimləri ilə görüşlər oxuculara xidmət işində ədəbiyyatın geniş təbliğ edilməsində mühüm rol oynayır. Həmçinin kitabxanaya yeni daxil olan ədəbiyyatların sərgisi vasitəsilə yeni alınmış kitablar haqqında oxuculara geniş məlumat verilir. Fondlardakı kitabların oxuculara çatdırılması, təbliğ edilməsi oxucularda idea - tərbiyəvi işlərin aparılması məqsədilə tematik əyani kitab sərgilərindən istifadə olunur. Məlumat üçün qeyd edək ki, NDU Elmi Kitabxanası Avropa standartlarına uyğun beşmərtəbəli binadan ibarətdir. Hər mərtəbədə kitablar elm sahələrinə görə qruplaşdırılmışdır. Buna görə də hər bir mərtəbədə fondlara daxil olan yeni ədəbiyyatların sərgiləri daimi olaraq operativ şəkildə, ayrı-ayrı elm sahələri üzrə təşkil olunur və oxucuların istifadəsinə verilir. Bu sərgilər müntəzəm olaraq yeni ədəbiyyatlarla zənginləşdirilir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)