Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Kitab təqdimati keçirildi

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin" Botanika" kafedrasının müəllimləri Əliyar İbrahimov, Musa Piriyev, Daşqın Qənbərov və Hilal Qasımovun "Bitki embriologiyası" və "Naxçıvan Muxtar Respublikasında gülçiçəkkimilər fəsiləsinin ağac və kolları" kitablarının təqdimetmə mərasimi keçirildi. Tədbiri universitetin rektoru, akademik İsa Həbibbəyli universitet əməkdaşlarının kollektiv əməyinin bəhrəsi olan yeni dərs vəsaitlərini biologiya ixtisasının tədrisində, Muxtar Respublikanın zəngin florasının öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova nəfis tərtibatla nəşr olunmuş yeni dərs vəsaitlərinin elmi məziyyətlərindən, müxtəlif yerli və xarici elmi mənbələrə istinadən yazılmasından danışdı. Universitetin "Regionun inkişaf problemləri" elmi-tədqiqat laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Yasin Babayev yeni nəşrlər barədə ətraflı məruzə edərək bildirdi ki, magistratura pilləsində botanika ixtisası üzrə seçmə fənnin tədrisi üçün nəzərdə tutulmuş "Bitki embriologiyası" reproduktiv biologiya sahəsində əsas tədris vəsaiti hesab oluna bilər. "Naxçıvan Muxtar Respublikasında gülçiçəkkimilər fəsiləsinin ağac və kolları" adlı dərs vəsaitində isə Muxtar Respublikada geniş yayılmış, gülçiçəkimilər fəsiləsindən olan ağac, kol bitkilərinin növləri, vegetasiya dövrü haqqında elmi məlumatlar toplanmışdır. Tədbirdə AMEA-nın müxbir üzvü, AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbov, "Təməl tibb fənləri" kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov, bilologiya ixtisası üzrə III kurs tələbəsi Ayşə Tarverdiyeva çıxış etdilər. Tədbirdə müəlliflərin elmi-pedaqoji fəaliyyətlərini əks etdirən kitab sərgisi və slayd nümayiş olundu.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)