Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“20 yanvar – qan yaddaşımız”

NDU-nun Elmi Kitabxanasında 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş “20 yanvar – qan yaddaşımız” adlı tədbir keçrilmişdir. Tədbiri giriş sözü ilə NDU-nun tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev açmışdır. “20 yanvar faciəsi” adlı mövzu ilə Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova, “Genefondumuza qarşı təcavüz” adlı mövzu ilə şöbə müdiri Nuridə Bayramova, “20 yanvar-istiqlal mübarizəmizin zirvəsi” adlı mövzu ilə fizika-riyaziyyat ixtisası üzrə IV kurs tələbəsi Zümrüd Səfərova və b. çıxış etmişdirlər. Tədbirdə 120-yə yaxın tələbə və müəllim iştirak etmişdir. Tədbirin sonunda “Erməni vəhşilikləri”nə aid slayd göstərilmiş və "Şəhidlər unudulmur" adlı sərgiyə baxış olmuşdur.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)