Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Növbəti kitab təqdimatı riyaziyyatçılara töhfə oldu

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında "İnformatika" kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Elşən Məmmədov və kafedranın müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Məftun İsmayılovun "Proqram paketlərindən istifadə etməklə riyazi məsələlərin həlli" kitablarının təqdimetmə mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli elm adamları üçün yaradılan şəraitdən, universitetin riyaziyyat elminə verdiyi töhfələrdən, gələcək planlardan danışdı. Tədbirdə "Rabitə və informasiya texnologiyaları" kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov, Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova, "İnformatika" kafedrasının müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yaqub Məmmədov, fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Nəcəfov, Elmi Kitabxananın baş biblioqrafı, "Kitabxanaçılıq və informasiya" kafedrasının müəllimi Nəzakət İbrahimova, Riyaziyyat-informatika ixtisası üzrə IV kurs tələbəsi Zümrüd Səfərovanın çıxışları dinlənildi. Çıxışlarda kitab haqqında ətraflı məlumat verildi, nəşrin əsas məziyyətlərindən danışıldı, təkliflər səsləndirildi. Tədbirdə müəlliflərin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd nümayiş etdirildi. Sonda hər iki müəllif tədbirin təşkili üçün universitet və kitabxana rəhbərliyinə minnətdarlıq etdi. Tədbirdə 100-ə yaxın tələbə və müəllim iştirak etmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)