Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elektron Elmi Kitabxanasının növbəti qonaqları.

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənt Təsərrüfat fakültəsinin dekanı Mahmudov Şəmil və Biologiya müəllimilyi 1-ci kurs tələbələri Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında qonaq olmuşdular. Qonaqları qarşılayan kitabxananın direktoru, Fariz Əhmədov onlara kitabxana haqqında ətraflı məlumat vermişdir. Daha sonra Kitabxanaçısı Rəsulzadə Aysu İctimai və Humanitar Fond haqqında tələbələrə geniş məlumat verib.Tələbələr daha sonra Dəqiq Elmlər fondu ilə tanış olublar .Burada kitabxanaçı Xəlilova Natiqə tələbələri fondla tanış etmiş.Kitabişləmə Şöbəsinin müdürəsi Əliyeva Pərvin kitablar haqında , Bədii Ədəbiyyat Fond haqqında məlumat landırdı. Tələbələr kitabxananın müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılmış Elektron oxu zalında, skaner otağında və digər şöbələrində olmuş, kitabxananın elektron kataloqu ilə tanış olmuş, elektron informasiya köşkü ilə, elektron kataloq sisteminin, kitabların tammətnli elektron versiyasının hazırlanması prosesi ilə maraqlanmış, İnternet mərkəzində yaradılan şəraitlə tanış olmuşlar və qonaqlar kitabxananın avropa standartlarına uyğun yeni tipli kitabxana olduğunu xüsusi vurğulamışlar.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)