Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

Azərbaycanın Dövlət Müstəqilliyi günü . Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 25 il ötür. 18 oktyabr 2016 cı il tarixdə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü” mövzusunda tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə başlayan Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirmişdir ki,Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitsuya Aktı”qəbul olundu.Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Sonda Elmi Kitabxananın əməkdaşlarından bir neçəsi bu gözəl bayram münasibəti ilə öz səmimi hislərini bölüşərək tədbirə yekun vurulmuşdur.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)