Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Milli – Mənəvi dəyərlərin qorunmasında gənclərin rolu.

Milli – Mənəvi dəyərlərin qorunmasında gənclərin rolu. Naxçıvan Dövlət Universitetinin Elektron Elmi Kitabxanasında “Milli – Mənəvi dəyərlərin qorunmasında gənclərin rolu”mövzusunda dəyirmi masa keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək vurğulayıb ki, Azərbaycan xalqının mənəvi zənginliyinin, tarix və mədəniyyətimizin qədimliliyini, birliyimizi təcəssüm edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının, xüsusilə də gənclərin müqəddəs borcudur. Müxtəlif fakültələrin tələbələrinin iştirak etdiyi tədbirdə Musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəmova, Fəlsəfə və politologiya kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, milli musiqimiz, muğamlarımız, folklorumuz haqqında geniş məlumat veriblər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)