Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

5 Oktyabr - Müəllimlər günüdür !!!

Tədbiri giriş sözü ilə başlayan Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirmişdir ki, 5 oktyabr Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya müəllimlər günü kimi təsis olunmuşdur. hər il 5 oktyabr 100-dən çox ölkədə Beynəlxalq Müəllim günü qeyd edilir.Bu bütün müəllimlərin,təhsil sistemi işçilərinin peşə bayramıdır. Azərbaycan Respublikasında müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin qərarı ilə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. Müsabiqənin yekunlarına əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanan 50 ümumtəhsil məktəbinin hər birinə on min manat, “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn yüz müəllimin hər birinə beş min manat məbləğində birdəfəlik pul mükafatı verilir. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun, onun nüfuzunun yüksəldilməsinə xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun diqqət və qayğısı sayəsində Muxtar Respublikada da müasir gəncliyin inkişafı üçün hər cür şərait yaradılmış o cümlədən müəllimlərin rifah halı yaxşılaşdırılmış həmçinin bütün təhsil ocaqları son model komputerlerlə təmin olunmuş və elektronlaşdırılmışdır. Tədbirdə Elmi Kitabxananın “xidmət və biblioqrafiya” şöbəsinin müdiri Maral Babayeva çıxış edərək demişdir: Həm orta həm də ali məktəbdə bizə savadlı olmağı,daim öyrənməyin və öyrətməyin necə gözəl bir şey olduğunu başa salan,elmə,təhsilə ürəyimizdə sevgi yaradan, həyatın çətin yollarını keçməkdə,pisi yaxşıdan ayırmaqda ,səbrli olmaqda bizə yol göstərən,həm sevincli,həm də kədərli anlarımızda daim yanımızda hiss etdiyim əziz müəllimlərimizi,onların simasında bütün müəllimləri bu gözəl bayram münasibətilə təbrik edir, bizlərə öyrətdikləri müəllimlik peşəsinə görə bütün müəllimlərə öz minnətdarlığımızı bildiririk. Sonda Elmi Kitabxananın əməkdaşlarından bir neçəsi bu gözəl bayram münasibəti ilə öz səmimi hislərini ilə bölüşərək tədbirə yekun vurulmuşdur.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)