Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “DÜNYADA VƏ REGİONDA SÜLHÜN QORUNMASINDA GƏNCLƏRİN ROLU” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa universitetin müxtəlif fakültə tələbələrinin iştirakı ilə keçirilib. Ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq gənclərdə hərtərəfli dünyagörüşünün formalaşdırdığını vurğulayıb. Tədbirdə universitetin ingilis dili və metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mirhəsən Eminov, Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas Şamxal Hüseynov çıxış edib. Diskussiya şəklində davam edən dəyirmi masada dövlət gənclər siyasəti barədə də ətraflı danışılıb, tələbələrin sualları cavablandırılıb, eyni zamanda, universitetdə təhsil alan geniş düyagörüşünə malik olan sülhsevər gənc tələbələr dünya xalqlarını sülhə çağırıblar. Rektor bu cür tədbirlərin keçirilməsini dünyada və regionda sülhün qorunmasında gənclərin rolunun artmasında bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.