Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə qonağı salamlayaraq muxtar respubikada elm və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısından, qazanılan uğurlardan danışıb, universitetin strukturu, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı haqqında ətraflı məlumat verib. Tədris işləri üzrə prorektor universitet kampusunu gəzib tədrisin keyfiyyəti ilə tanış olan səfr Vey Cinhuanın suallarını cavablandırıb, universitetin prioritet inkişaf hədəflərindən danışıb. Çin Xalq Respublikasının diplomatik təmsilçisi universitetin Elmi kitabxanası elektron kataloq-kartoteka sistemi, elektron kataloq köşkü və İnternet mərkəzinin fəaliyyəti ilə tanışlıq da qonaqda maraq doğurub. Görüşdə universitetlərarası əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.