Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında keçirilən növbəti dəyirmi masa İstanbulun Atatürk hava limanında baş verən terror hadisəsinə həsr olunmuşdu. Dəyirmi masanı giriş sözü ilə NDU-nun elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev açaraq İstanbulun Atatürk Hava Limanında törədilən terrorla əlaqədar öz etirazını bildirib, faciəli hadisədən kədərlənərək, terroru lənətləyib. Universitetin tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika-riyaziyyat elmləri namizədi, dosent Elşən Məmmədov, İqtisad fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov çıxışlarında bildiriblər ki, dəyirmi masanı keçirməkdə məqsəd türk xalqına başsağlığı vermək və onların dərdinə şərik olmaqdır. Qeyd olunub ki, Azərbaycan daim qardaş Türkiyənin yanındadır! Dəyirmi masada türkiyəli tələbələrlə yanaşı, yerli tələbələr də baş verən hadisələrə öz münasibətlərini bildirərək vurğulayıblar ki, “Biz terroru lənətləyirik, Türkiyədə terrorun bitməsini istəyirik. Nəinki qardaş Türkiyədə, eyni zamanda bütün dünyada sülh və əminamanlıq olmasını arzulayırıq. Hadisə zamanı ölənlərin yaxınlarına başsağlığı verir və yaralılara tezliklə şəfa diləyirik”. Müzakirə zamanı iki ölkənin dostluq və qardaşlıq münasibətlərinə dair şüarlar da səsləndirilib, terrorla mübarizədə Azərbaycanın hər zaman Türkiyə dövlətinin və xalqının yanında olduğu vurğulanıb, ölənlərin xatirəsi ehtiramla anılıb
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.