Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması”

Naxçıvan Dövlət Universitetinin Emi Kitabxanasında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə keçirilən dəyirmi masanın mühüm və aktual mövzuya həsr olunduğunu vurğulayıb. Prorektor bildirib ki, vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olub, bu gün də aktual olaraq qalır. "Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir”, - desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə, xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Tərbiyə işləri üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov çıxışında müstəqil Azərbaycanın hərbi qüdrətinin artması, Azərbaycan ordusunun dünyanın ən güclü ordularından birinə çevrilməsin, mənfur düşmənlərimiz tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində aparılan uğurlu siyasətin danışıb. Universitetin Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov, İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova çıxışlarında vətənpərvərlik ruhunun təməlinin erkən yaşlarda ailədə, məktəbəqdər tərbiyə ocaqlarında və orta məktəbdə qoyulduğunu, orta ixtisas və ali təhsil müəssisələrinin gənc nəslin bu ruhda yetişib formalaşmasında başlıca rol oynadığını diqqətə çatdırıblar. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğurunda pay sahibi olmaq deməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi, tərbiyəyə möhtacdır və o, tərbiyə yolu ilə daha da möhkəmlənir, güclənir. Diskussiya şəklində davam edən dəyirmi masada tələbələr mövzu ilə bağlı fikir və münasibət bildirib, onların sualları cavablandırılıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)