Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

ACARISTAN MUXTAR RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ.

Aacarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində də olmuşdur. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzenin rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayaraq muxtar respubikada ali təhsilin inkişaf səviyyəsi, universitetin strukturu, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı haqqında ətraflı məlumat vermişdir. Qonaqlar universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində müasir elektron təhsil şəbəkəsinin idarə olunması, universitetin bütün binalarının şəbəkə fiber optik kabellə birləşdirilməsi, kamera-nəzarət sistemi, 108 hektarlıq kampusu əhatə edən “Wi-Fi” simsiz internet şəbəkəsi barədə məlumat almışlar. Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərin xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesinə baxış keçirtdilər. Qonaqlar Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanası ilə də tanış oldu. Kitabxananın elektron kataloq-kartoteka sistemi, elektron kataloq köşkü və İnternet mərkəzinin fəaliyyəti ,kitabişləmə ilə yaxından tanış oldular.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)