Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

15 İYUN MİLLİ QURTULUŞ Günü.

15 İyun Milli Qurtuluş günü münasibəti ilə Naxçıvan Dövlət Universitettinin Elmi Kitabxanasında dəyirmi masa geçirilib. Tedbirdə giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərrəmov açıb. Rektor Milli Qurtuluş gününün tarixindən, ümummilli lider Heydər Əliyevin milli müstəqilliyin qazanılması və qorunub saxlanılmasındakı əvəzsiz rolundan danışıb. Dəyirmi masada YAP Universitet Şəhərciyi Ərazi ilk Təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Xəzər Hüseynov “Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dövrü” mövzusunda məruzə edərək Bildirilib ki, 1991-1993-cü illərdə ümummilli lider Heydər Əliyev Naxçıvandakı siyasi fəaliyyəti dövründə muxtar respublikanı geniş tərəqqi yoluna çıxarmışdır. Məruzəçi qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, böyük miqyaslı fəlakətlərdən qurtardı. Diskussiya şəklində davam edən dəyirmi masada Universitetin müxtəlif fakültələrində təhsil alan, elmi-ictimai, siyasi fəallıqları ilə seçilən tələbə gənclərin fəal iştirakı ilə dahi rəhbərin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş slaydlar nümayiş etdirilib, mövzu ilə əlaqədar tələbələr fəal şəkildə rəy və münasibət bildiriblər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)