Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

ƏTRAF MÜHİT SAĞLAMLIĞIMIZIN RƏHNİDİR DƏYİRMIİ MASA.

Naxçıvan Dövlət Universitetində “Ətraf mühit sağlamlığın rəhnidir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov gənclərdə sağlam təfəkkür, intellkt və dünyagörüşü formalaşdıran diskussiya xarakterli tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Ekologiya, çoğrafiya və digər ixtisaslarında təhsil alan tələbələrinin iştirak etdiyi növbəti dəyirmi masada Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Babayev çıxış edib. Qeyd olunub ki, muxtar respublika ərazisində son 20 ildə 14 min hektardan çox yaşıllıq zolaqları, meyvə bağları salınmış, xüsusi mühafizə olunan təbiət əraziləri yaradılmışdırş. Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Elmar Rzayev çıxış ederək bildirib ki, təbiəti, ekologiyanı qorumaq hər bir insanın borcudur. Ətraf mühitin çirklənməsi, ekoloji tarazlığın pozulması, yeraltı və yerüstü təbii sərvətlərə biganə münasibət , bir sıra genetik, infeksion xəstəliklərin çoxalmasına , erkən yaşlarda ölüm hallarının sayının artmasına səbəb olur. Bütün bunların aradan qaldırılması üçün əhali arasında ekoloji və tibbi maarifləndirmə işlərinin aparılması zəruridir. Diskussiya şəklində yekunlaşan dəyirmi masada tələbələrin sualları cavablandırılıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)