Naxçıvan Dövlət Universitetində “Dini ekstremizm” mövzusuna həsr olunmuş növbəti dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ənənəvi şəkil alan dəyirmi masaların gənclərdə hərtərəfli dünyagörüşü, intellkt və sağlam təfəkkür formalaşdırdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan tolerantlıqın mövcud olduğu, dini dəyərlərə ehtiramlara yanaşıldığı bir ölkədir. Rektor beynəlxalq terrorizmə, o cümlədən dini ekstrizmə qarşı mütəşəkkil mübarizənin zəruriliyindən danışıb. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi, universitetin əməkdaşı Vüqar Babayev və universitetin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Əbülfəz Əzimli çıxış etmişdilər.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.