Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“MULTİKULTURALİZM” MÖVZUSUNDA DƏYİRMİ MASA

Çox millətli Azərbaycan artıq dünyanın nəzərində, gözündə nümunəvi bir dövlətdir. Əlbəttə, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur. Ölkə prezidenti İlham Əliyev çıxışlarından birində bildirib ki, multikulturalizm ölkəmizin ayrılmaz parçasına dönüb: «Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında keçirilən dəyirmi masada Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəyərli fikirləri ilə başlayıb. Rektor qeyd edib ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Dəyirmi masada Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov, Kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova çıxış edib. Çıxış edənlər Naxçıvan Dövlət Universitetində də Multikulturalizmə giriş və Azərbaycan multikulturalizmi fənlərinin tədris olunduğunu bildirib. Maraqlı diskussiya şəklində davam edən dəyirmi masada mövzu ilə əlaqədar tələbələr fəal şəkildə rəy və münasibət bildiriblər, suallar cavablandırılıb, eyni zamanda slaydlar nümayiş olunub.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)