Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri zamanı Naxçıvan Dövlət Universitetində də olmuşdur. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respubikada ali təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısından bəhs etmiş, universitetin strukturu, bakalavr, magistratura və doktorantura üzrə kadr hazırlığının səviyyəsi haqqında ətraflı məlumat vermişdir. Avstriyalı diplomat universitetin bütün binaları ilə tanış olmuşdur. Səfir Aksel Vex Naxçıvan Dövlət Universitetin Elmi Kitabxanasının elektron kataloq-kartoteka sistemi, Kitabişləmə şöbəsi və elektron kataloq köşkü və İnternet mərkəzi dünya standartlarına cavab verəcək müasir tipli kitabxana ilə tanış olmuşdur. Görüş zamanı iki ölkə arasında elm, təhsil sahəsində əməkdaşlığın, xüsusilə də virtual əlaqələrin inkişafı ilə bağlı təkliflər müzakirə olunmuş, müştərək videokonfransların keçirilməsi, müəllim-tələbə mübadiləsi kimi məsələlər planlaşdırılmışdır.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.