Tədbirdə NDU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd insan alveri probleminin mahiyyətini, onun yaratdığı fəsadları gənc nəslə çatdırmaq yolu ilə onları bu bəladan uzaq tutmaqdan ibarətdir. Sonra Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas Şamxal Hüseynov, həmin kafedranın müdiri, dosent Şükür Məmmədov və universitetin tərbiyə işlər üzrə prorektoru, dosent Şamxal Məmmədov insan alveri anlayışı, növləri və onlarla mübarizə formaları haqqında ətraflı məlumat veriblər. Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, fikirləri dinlənilib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.