Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“ÜMUMMİLLİ LİDERİN DİL SEVGİSİ"

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı bu dildə danışır, öz milli mədəniyyəti, tarixi ilə haqlı olaraq qürur hissi keçirir, millətinin sabahı, gələcəyi barədə düşünür, müstəqil Azərbaycanla fəxr edir, qürur duyur. İnsan, vətəndaş kimi borcunu başa düşür, dolayısı ilə Azərbaycan dilinə borclu olduğunu dərk edir. Bu dillə ruhunu, fikrini, istək və arzusunu, böyük ideallarını ifadə edir. Müstəqillik illərində də böyük öndər Heydər Əliyev Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük qayğı göstərirdi.Naxçıvan Dövlət Universitetində YAP Universitet Şəhərciyi Ərazi ilk Təşkilatının “Ümummilli liderin dil sevgisi” mövsuzunda,NDU-nun Elmi Kitabxanasında təşkil etdiyi dəyirmi masa keçirilib. Dəyirmi masada giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edib. O, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə və onun inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Daha sonra filologiya üzrə elmlər doktoru, professor Akif İmanlının “Ümummilli liderin dil sevgisi” mövzusunda çıxışı dinlənilib

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)