Müxtəlif fakültələrin tələbələrinin qatıldığı tədbiri giriş sözü ilə açan ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov ailənin cəmiyyətin inkişafındakı mühüm rolundan danışıb. Qeyd olunub ki, ailə kiçik dövlətdir, yəni cəmiyyətin əsas özəyi kimi möhkəm təməl üzərində qurulmalıdır. Eyni zamanda ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvür yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Qarşılıqlı hörmət və güzəşt sağlam və uzunömürlü ailənin ən başlıca şərtlərindəndir. Sağlam ailə isə sağlam cəmiyyət deməkdir. Hər bir fərd ailədə formalaşır və uşaqların sağlam düşüncəli, valideynlərə, böyüklərə sevgi və ehtiram, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişməsində ailənin rolu çox böyükdür. Sonra tədbir mövzu ətrafında diskussiya ilə davam etdirilib. Burada tələbə, müəllim və psixoloqların ailə, ailədaxili münasibətlər, kişi və qadının ailədəki funksiyaları və vəzifələri, uşaqların tərbiyəsi haqqındakı fikirləri dinlənilib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.