Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa universitetin müxtəlif fakültə tələbələrinin iştirakı ilə keçirilib. Ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq mövzunun bütün dövrlər üçün aktual və əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd olunub ki, hər bir fərdin yüksək vətənpərvərlik ruhunda yetişməsində, formalaşmasında ona Vətənə, millətə sevgi hisslərinin aşılanmasında birbaşa ailə faktorunun rolu çox böyükdür. Belə ki, uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Bunun üçün gələcəyimiz olan uşaqlara Vətənimizin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrimizi təlqin etməyi bacarmalıyıq. Uşaqlara vətəni sevdirmək üçün vətəni onlara gərəyincə tanıtmaq lazımdır. Bu isə ilk növbədə ailədə valideyinlər, məktəbdə isə müəllimlər tərəfindən həyata keçirilməlidir. Belə olan təqdirdə şagird bilikli, məsuliyyətli, vicdanlı və mübariz şəxs, əsl vətəndaş kimi formalaşacaq Sonra mövzu ətrafında müzakirələr olub, tələbələrin fikir və təklifləri səsləndirilib. Tədbirə yekun vuran ali məktəbin rektoru, professor Saleh Məhərrəmov bildirib ki, bu gün ölkəmizdə bütün sahələrdə özünü göstərən dinamik inkişaf və onun bəhrələri məhz vətəndaşlar üçündür və bu tərəqqiyə sahib çıxmaq, qoruyub saxlamaq biz vətəndaşların borcudur. Rektor gənclərə bu şərəfli və məsuliyyətli işdə uğurlar diləyib
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.