Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi olan Ceyhun Hacıbəylinin 125 illiyi.

Görkəmli mətbuat xadimi olan Ceyhun Hacıbəyli 1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşada N. Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda almışdır. 1908-ci ildə, yanvarın 12-də qardaşı Ü. Hacıbəylinin “Leyli və Məcnun” operasının H. Z. Tağıyev teatrında tamaşaya qoyulmasında onun da xidmətləri olub. C. Hacıbəyli bir müddət Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində çalışmış, sonradan təhsilini davam etdirmək üçün Peterburqa getmiş, universitetin hüquq fakultəsinə daxil olmuşdur. Sonradan o, Fransaya getmiş və Sorbon universitetində oxumuşdur. Azərbaycana qayıtdıqdan sonra o, müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış etmişdir. C. Hacıbəyli eyni zamanda “Müsəlmanlıq”, “İzvestiya”, “İttihad”, “Azərbaycan” qəzetlərinin redaktoru olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) o, bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışmış, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə getmiş, orada ciddi fəaliyyət göstərmişdir. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmamış, Fransada mühacirət həyatı yaşamışdır. Avropada o, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə qərb oxucularını tanış etmişdir. C. Hacıbəyli Parisdə nəşr olunan müxtəlif jurnallarda çıxış edərək, çoxlu sayda yazılarını nəşr etdirmişdir. Bu yazılarında o, sovet totalitarizminin, Stalin rejiminin antidemokratik olmasını tənqid etmiş və ölkənin nəhəng bir həbs düşərgəsinə çevrildiyini pisləmişdir. Eyni zamanda o, filoloji və tarixi mövzularda – xüsusən Azərbaycanın Rusiya tərəfindən işğalına aid və qədim Azərbaycan şəhərləri ilə də bağlı yazılar çap etdirmişdir. C. Hacıbəyli 1962-ci ilin oktyabr ayının 2-də vəfat etmiş, Parisin Sen-Klu məzarlığında dəfn edilmişdir. NDU-nun Elçi Kitabxanasında Ceyhun Hacıbəylinin 125 illik yubileyine həsr olunmuş sərgi hazırlanmısdır.Sergi ayın sonuna kimi davam edecek.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)