Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

8 Mart Beynəlxalq Qadınlar günü

8 Mart Beynəlxalq Qadınlar günü.Bu gün dünyanın qadınlar qarşısında baş əydiyi gündür. Fədakarlıq, sevgi, səbr və gözəllik bunların hər biri sadəcə qadında birləşə bilər. Arzu edirik su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalasınız. Qadınlara həsr olunan bu möhtəşəm 8 mart bayramında məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əksik olmasın! Bu gün zərif cinsin nümayəndələri ətrafdakı qadınlara diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər. Qadınlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılır. 8 Mart Novruzdan öncə ölkəmizdə qeyd olunan yaz bayramıdır. Bu gün yaşından asılı olmayaraq bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası arzulanan qadın kimi hiss edir. Bütün yaradıcı kollektivimiz adından, xanımları bu gözəl gün münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)