1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırımı, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş irimiqyaslı cinayət idi. 613 nəfər düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. NDU-nun Elmi Kitabxanasında “Xocalı soyqırımı ” adlı sərgi təşkil olunmuşdur. Sərgidə “Xocalı soyqırımı”, Yaqub Mahmudov, Kərim Şükürovun “Qarabağ”, Cəlal Əliyev, Budaq Budaqovun “Tarixi həqiqətin soyqırımı”, Hüseyn Həsənoğlu “Dünyanın mənfur milləti:erməni”, Cahid Kərimov “Qansızlar”, Emin Arifoğlu Şıxəliyev “Ermeni sorunu”, “Ermenilerin yaptıkları katliamlar”, Ali Güler “Sorun olan ermeniler” , Ramiz Mehdiyev “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” və s. kitablar nümayiş etdirilir.Sərgi ayın sonuna qədər davam edəcək.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.