Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar tədbir

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. NDU-nun Elektron Kitabxanasında ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Fariz Əhmədov Azərbaycan mədəniyyətinin inkişafına, mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərin Azərbaycan kitabxanalarının inkişafı üçün əvəzolunmaz xidmətlərindən danışdı. "Milli mənəvi sərvətimizin qorunmasında Heydər Əliyevin rolu" mövzusunda direktor müavini Nəzakət İbrahimova, biblioqrafiya şöbəsinin müdiri Gülnar Əliyeva və b. çıxış etmişdilər. Tədbirdə "Heydər Əliyevin ömür yolu" adlı slayd göstərilmiş və tədbir iştirakçıları "Dünya tarixinin azərbaycanlı dahisi" adlı sərgi ilə tanış olmuşdular.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)