- Abonement
- Kitabxanalararası abonement (KAA)
- Beynəlxalq kitabxanalararası abonement (BKAA)
- Elektron oxu zalı
- İnternet kitabxana
- Əməkdaşlıq
Kitabxana Amerika, Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələrinin, Türkiyə, İran
və digər ölkələrin universitetləri, kitabxana və informasiya təşkilatları,
cəmiyyətləri və assosiasiyaları, nəşriyyatları, ayrı-ayrı elm və mədəniyyət
xadimləri ilə əlaqələr yaradaraq ədəbiyyat və informasiya mübadiləsi aparır.
Həmçinin Bakıda fəaliyyət göstərən xarici ölkə səfirlikləri – Amerika, Fransa,
İtaliya, Almaniya, Norveç, Türk, İran, Misir və başqaları ilə əlaqələr
yaratmışdır.
NDU-nun Elmi Kitabxanası işgüzar münasibətlərini möhkəmləndirmək üçün müxtəlif
tədbirlər həyata keçirir. Belə ki, NDU-nun Elmi Kitabxanası ABŞ-ın Perdu
Kalument Universiteti, Fransanın Strasburq Mark Blok Universiteti, Misirin
İsgəndəriyyə Universiteti, Pakistan İslam Respublikasının İslamabad Müasir
Dillər Universiteti, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi, Novosibirsk
Dövlət Universiteti, Novosibirsk Texniki Universiteti, Ankara, İstanbul, Qars
Qafqaz, Misir Ərəb Respublikasının ali məktəbləri ilə işgüzar əlaqələr
yaratmışdır.